Bu qidaları soyudulmuş halda yeyin - SƏBƏB
06 iyul 2024 10:08 (UTC +04:00)

Bu qidaları soyudulmuş halda yeyin - SƏBƏB

Kartof, düyü və makaron kimi qidalar necə hazırlandıqlarına və istehlak edildiyinə görə bədənə fərqli təsir göstərə bilər. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislər maksimum fayda əldə etmək üçün bu qidaları soyudulmuş halda yeməyi məsləhət görürlər.

Bişmiş və şirin kartof, düyü və ya makaron soyudulursa, davamlı nişasta əmələ gəlir. Soyuduqdan sonra onları istəyə görə yenidən qızdırmaq olar.

Davamlı nişastanın üstünlükləri:

Lipid mübadiləsinə müsbət təsir edərək arıqlamağa kömək edir.
Bağırsaq mikrobiomunu dəstəkləyir, patogen bakteriyaların böyüməsini maneə törədir.
Qan şəkərinin səviyyəsini tənzimləyir və hüceyrələrin insulinə həssaslığını artırır.
Bağırsaqlarda mineralların sorulmasını yaxşılaşdırır.
Bağırsaq selikli qişasının hüceyrələrini qidalandıraraq immuniteti artırır (burada immun hüceyrələrin çoxu yerləşir).
Bağırsaq hərəkətliliyini yaxşılaşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2523
avatar

Arzu Qurbanlı

Oxşar yazılar