Bu qidalar arıqlamağa   mane olur
02 iyul 2024 11:34 (UTC +04:00)

Bu qidalar arıqlamağa mane olur

Amerikalı dietoloq Jinan Banna arıqlamağa mane ola biləcək qidaları açıqlayıb. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, arıqlamaq istəyənlər bu qidalardan uzaq durmalıdırlar.

Ağ çörək

Ağ çörəyin pəhrizdən çıxarılması tövsiyə olunur. Bu məhsul uzun müddət toxluq hissi yaratmır və bu da həddindən artıq yeməyə səbəb olur. Onu tam taxıl çörəyi ilə əvəz etmək daha məsləhətlidir.

Qızardılmış yeməklər

Dietoloqlar çox miqdarda yağda bişmiş və ya qızardılmış yeməklərdən istifadə etməmək barədə xəbərdarlıq edir. Belə yeməklərin tərkibində çoxlu kalori var. Onlar piylənməyə genetik meyli olan insanlar üçün xüsusilə zərərlidir.

Şəkər əvəzediciləri

Dadlandırıcılar arıqlamağı çətinləşdirə bilər. Kalori çatışmazlığına baxmayaraq, qanda qlükoza səviyyəsini artırır, bu da kilo verməyə mane olur.

Kartof çipsləri

Kartof çipslərindən imtina etmək lazımdır. Bu məhsulda lif azdır, buna görə də mədədə həzm olunması uzun müddət tələb olunur ki, bu da arıqlama prosesinə mənfi təsir göstərə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2766
avatar

Arzu Qurbanlı

Oxşar yazılar