Bu peyvəndlər hamilə qadınlara vurula bilər -  ARAŞDIRMA
27 mart 2021 19:12 (UTC +04:00)

Bu peyvəndlər hamilə qadınlara vurula bilər - ARAŞDIRMA

Koronavirusa qarşı nəzərdə tutulan “Pfizer” və “Moderna” peyvəndləri hamilə qadınlar üçün təhlükəsiz və effektli hesab edilib. 

Lent.az-ın xaricimediaya istinadla verdiyi xəbərə görə, araşdırmaya qədər ABŞ-da on minlərlə hamilə qadın ağırlaşmadan peyvənd edilib.

Hamilə və süd verən qadınlarda peyvənddən sonra antikorların səviyyəsi qalanlarla müqayisədə eyni olub. 

Tədqiqatın nəticələri antikorların süd və plasenta yolu ilə anadan uşağa keçdiyini göstərir.

“Pfizer” şirkətinin hamilə qadınlarda koronavirus əleyhinə bir peyvənd testinə başladığı faktı hələ fevral ayında bildirilib..

Test iştirakçıları üçün doğulan uşaqlar altı aylığına qədər həkimlər tərəfindən izləniləcək.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2739
avatar

Oxşar yazılar