Bu meyvələr qaraciyərə zərər verir
18 may 2023 10:35 (UTC +04:00)

Bu meyvələr qaraciyərə zərər verir

Həkimlər qaraciyərə zərər verən meyvələri açıqlayıblar. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, həddindən artıq miqdarda şirin meyvənin qaraciyər üçün çox zərərli olduğu ortaya çıxıb.

Bəzi meyvələr qaraciyərə zərər verə bilər və hətta bir sıra təhlükəli xəstəliklərin inkişafına səbəb ola bilər. Meyvələr çox miqdarda fruktoza və qlükozadan ibarətdir. Bu da yağlı qaraciyər xəstəliyinə səbəb ola bilər. Bu maddələr müxtəlif meyvələrdə müxtəlif miqdarda və birləşmələrdə olur. Məsələn, almada çoxlu fruktoza var, ərikdə isə qlükoza var. Buna görə də insan alma və ya armudun zərərsiz olduğunu düşünərək müntəzəm olaraq çox miqdarda istehlak edir.

Mütəxəssislər bildirir ki, insulinin təsiri altında qlükoza enerji və yağ ehtiyatlarına çevrilir, fruktoza isə qaraciyər zülalları tərəfindən udulur.

Bu səbəbdən mütəxəssislər meyvəni qəlyanaltı kimi və acqarına yeməyi məsləhət görmürlər. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2523
avatar

Arzu Qurbanlı

Oxşar yazılar