Bu giləmeyvə insanı xərçəngdən  qoruyur
27 iyul 2024 11:17 (UTC +04:00)

Bu giləmeyvə insanı xərçəngdən qoruyur

Alimlər albalı istehlakının insanı xərçəngdən qoruya biləcəyini müəyyən ediblər.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, bu giləmeyvə iltihabla fəal mübarizə aparır və bədənə zədələnmiş hüceyrələri bərpa etməyə kömək edir.

Gizli simptomlarına görə kolon xərçəngi "səssiz xəstəlik" adlanır. Adətən bu xərçəng növünün yaşlı insanlara təsir etdiyinə inanılır, lakin araşdırma nəticəsində məlum olub ki, xəstələrin yaş profili son illərdə əhəmiyyətli dərəcədə dəyişib. Bu gün 55 yaşdan kiçik insanlara da bu diaqnoz qoyulur. 

Alimlərin fikrincə, düzgün qidalanma bu xərçəng növünün inkişaf təhlükəsini əhəmiyyətli dərəcədə azalda bilər. ABŞ-ın Miçiqan Universitetinin tədqiqatçıları albalının bağırsaq xərçənginə təsirli olacağını müəyyən ediblər.

Albalının tərkibində quercetin qlikozidləri (2%-ə qədər), antosiyanidinlər və leykoantosiyanidinlər, fenolik turşular var. Tədqiqatçılar qeyd edirlər ki, bu antioksidanlar iltihab və digər mənfi proseslərə səbəb olan sərbəst radikalların dağıdıcı təsirlərinin qarşısını alır. Xərçəngdən əlavə, bu giləmeyvə həzm orqanlarını və süd vəzilərini qoruyur.

Laboratoriya siçanları ilə aparılan araşdırmalara görə, antosiyaninlər bədxassəli şiş hüceyrələrinin böyüməsini maneə törədə bilir. Nəticələr göstərib ki, albalıdakı mikroelement birləşmələri kolon xərçənginin inkişaf riskini azaldır, albalı ekstraktı isə qadınlarda döş xərçəngi hüceyrələrinin yayılmasını dayandırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2904
avatar

Arzu Qurbanlı

Oxşar yazılar