Bu dondurmaları yeməyin -  MÜTƏXƏSSİS DANIŞDI
12 may 2023 09:09 (UTC +04:00)

Bu dondurmaları yeməyin - MÜTƏXƏSSİS DANIŞDI

Havalar isindikcə insanlar daha çox dondurma yeməyə başlayırlar. Bu gün mağazalarda bir-birindən fərqli, növbənöv dondurmalar satılır. 

Maraqlıdır, görəsən, insanlar dondurma seçərkən nələrə diqqət etməlidirlər? 

Qida üzrə baş mütəxəssis Ağa Salamov Lent.az-a açıqlamasında bildirib ki, bəzən keçən ildən qalan dondurmalar yenidən satışa çıxarılır. 

Onun sözlərinə görə, bu cür dondurmaları istehlak edən insanlarda zəhərlənmə baş verir:

“Bu səbəbdən dondurma alarkən əvvəlcə onun son istehsal tarixinə baxmaq lazımdır. İkincisi, onun paketlənməsinə diqqət yetirməliyik. Beləliklə, dondurmanın deformasiyaya uğrayıb-uğramadığını asanlıqla bilmək olar. Çünki bəzən elə olur ki, işıqlar sönür və ya dondurucunun qapısı açıq qalır. Belə olduqda, həmin dondurma əriyir və yenidən dondurulur. Nəzərə almaq lazımdır ki, bir məhsul bir dəfə dondurula bilər. Ona görə də istehlakçılar aldıqları məhsulun qablaşdırılmasına nəzarət etməlidirlər. İnsanlar daha çox sertifikatlaşdırılmış istehsalçıdan dondurma almalıdır”.

Ağa Salamov onu da qeyd edib ki, dondurma istehsalında istifadə olunan avadanlıqlar istehsaldan sonra yaxşı yuyulmur:

“Həmin avadanlıqlarda süd qalıqları olur. Növbəti istehsal zamanı isə dondurma çarpaz çirklənməyə məruz qalır. Bu da qida zəhərlənməsinə səbəb olur. Dondurma istehsal edən şirkətlər sanitar-gigiyena qaydalarına əməl etməlidirlər. İnsanlar, xüsusilə də uşaqlar üçün evdə hazırlanan dondurma daha sağlamdır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3318
avatar

Arzu Qurbanlı

Oxşar yazılar