Bu dərmanlar  infarkta   səbəb olur
06 mart 2024 10:16 (UTC +04:00)

Bu dərmanlar infarkta səbəb olur

0

Saç tökülməsinə qarşı dərmanlar ilə infarkt riski arasında əlaqə tapıblar.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, araşdırmalara görə, saç tökülməsi və prostatitlə mübarizə üçün geniş istifadə olunan dərman gözlənilməz təsir göstərə bilər. Bunun aşağı xolesterol səviyyələri və ürək-damar xəstəlikləri riskinin azalması ilə əlaqəli olduğuna inanılır.

Urbana-Şampeyndəki İllinoys Universitetinin tədqiqatçıları ABŞ Milli Sağlamlıq və Qidalanma Müayinəsi Sorğusunda iştirak edən kişilərdə finasterid istifadəsi ilə aşağı xolesterol səviyyələri arasında əhəmiyyətli korrelyasiya aşkar edilib.

Tədqiqat yüksək dozada finasterid qəbul edən siçanlar üzərində qanda xolesterinin azalması, aterosklerozun inkişafının ləngiməsi və qaraciyərdə iltihabi proseslərin əhəmiyyətli dərəcədə azalması ilə müşahidə olunan heyvan təcrübələri ilə təsdiqlənib.

Tədqiqatın müəllifi Jaume Amengual, finasterid qəbul edən kişilərdə xolesterinin səviyyəsinin dərmanı istifadə etməyənlərə nisbətən orta hesabla 30% aşağı olduğunu söyləyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5334

Oxşar yazılar