Botoks haqqında bilmədiklərimiz
22 fevral 2023 09:23 (UTC +04:00)

Botoks haqqında bilmədiklərimiz

Botoksun təsir mexanizmi vurulan əzələlərin büzülməsinin qarşısını almaqla baş verir. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, botoks həm mimik qırışların çökməsinin qarşısını almaq, həm də mövcud xəttləri müalicə etmək üçün üzümüzdə istifadə olunur. 

Botoksun təsiri 4 ay davam edir. İnsanın üz və əzələ quruluşundan asılı olaraq ildə iki və ya üç dəfə tətbiq olunmalıdır. Qaşın ortası, alın, göz ətrafı, ağız ətrafı, çənə, boyun, kimi bir çox yerə botoks etmək mümkündür. 

Botoks qeyri professional, dermatoloq olmayan şəxslər tərəfindən tətbiq edildiyi halda göz qapağının sallanması, asimmetrik görüntü ola bilər. Bu yan təsirlər mütəxəssis dermatoloqlar tərəfindən edildiyi təqdirdə çox nadir görsənir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2274
avatar

Arzu Qurbanlı

Oxşar yazılar