Birdəfəlik maskalarda zəhərli kimyəvi maddələr tapıldı
06 aprel 2021 09:39 (UTC +04:00)

Birdəfəlik maskalarda zəhərli kimyəvi maddələr tapıldı

Bəzi birdəfəlik üz maskalarının hazırlandığı materiallar sağlamlıq üçün təhlükəli ola bilər.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, alman alimləri belə nəticəyə gəliblər.

İlkin təhlillərdə istifadəsi qadağan edilən bir çox birləşmənin izləri aşkar edilib. Məsələn, formaldehidin həm sağlamlıq, həm də ətraf mühit üçün təhlükəli olduğu təsbit edilib.

Media geniş auditoriya üçün birdəfəlik maska istehsalının tibbi dərəcəli fərdi qorunma vasitələri ilə müqayisədə o qədər də ciddi tənzimlənmədiyini yazır.

Hamburq Ətraf Mühit İnstitutunun direktoru professor Mixael Braunqar bir sıra testlər edib. Tədqiqatın bir hissəsi olaraq, taxılması bəzi insanlarda səpkilərin inkişafına səbəb olan maskaları araşdırıb və formaldehid, anilin və kobalt maddələrini kəşf edib.

“Toksiklik və ya uzunmüddətli sağlamlığa təsiri yoxlanılmamış kimyəvi bir kokteyli nəfəs alırıq”, - alim vurğulayıb.

Aysburqdan olan həkim Diter Zedlak yalnız formaldehid deyil, florokarbon izlərinə də rast gəlib. Onlar isə insanlar üçün zəhərlidirlər.

Alimin sözlərinə görə, bu maddələrin (16 mq / kq) konsentrasiyası təhlükəsiz sayılır. Lakin belə bir cisim bir insanın ağzından bir neçə millimetr məsafədə yerləşdikdə, zamanla məruz qalma səviyyəsinin təhlükəsizlik həddini keçdiyini vurğulayıb.

Tədqiqatçılar üz maskalarının zərərləri barədə bir nəticə çıxarmaqdan çəkinsələr də, onların fikrincə, yenə də bu məsələyə xüsusi diqqət yetirməyə dəyər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5979
avatar

Oxşar yazılar