Mütəxəssislər baş ağrılarına hansı çay növlərinin kömək edə biləcəyini açıqlayıblar.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, xarici mütəxəssislərin fikrincə, iltihab əleyhinə təsir göstərən çobanyastığı çayı baş ağrısı problemini həll edə bilər.
Çobanyastığı çayı hipoqlikemik xüsusiyyətlərinə görə şəkərli diabet xəstələri üçün də faydalıdır.
Bu hallarda nanə çayı da sakitləşməyə kömək edə bilər. Tərkibində mentol və metil salisilatlar olduğu üçün bədənə sakitləşdirici təsir göstərir, baş ağrıları, narahatlıq pozğunluqları və mədə problemlərini aradan qaldırır.
Bundan əlavə, limonlu çay stressdən qaynaqlanan baş ağrılarını aradan qaldırmağa kömək edir və sizə tez bir zamanda rahatlıq verir.