Mütəxəssislər banan qabığından istifadənin yollarını açıqlayıblar.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, banan qabığı dərinin daha sağlam görünməsi üçün faydalıdır. Təmiz dərini qabığın ətli, yaş hissəsi ilə müalicə etmək lazımdır. 20 dəqiqədən sonra üzünüzü yuyub dərinizə krem çəkmək lazımdır. Bu prosedurun dərinin gənc və baxımlı qalmasına kömək etdiyinə inanılır.
Bundan əlavə mal ətini banan qabığı üzərində bişirdikdə daha yumşaq və dadlı olur. Məhsulun özü qabığın yumşaq hissəsinə qoyulur.