Bal haqqında bilmədiyimiz FAKTLAR
19 may 2023 13:37 (UTC +04:00)

Bal haqqında bilmədiyimiz FAKTLAR

Balın faydaları əsrlərdir məlumdur. Bu qızılı rəngli qatı maye əsrlər boyu ənənəvi tibbdə istifadə olunur. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, metal qaşıq balın tərkibindəki molekulların yox olmasına və ya fərqli reaksiyaya səbəb olur. Bu səbəblə şimşir kimi ağac növlərindən hazırlanmış, asanlıqla təmizlənə bilən, bakteriya ehtiva etməyən taxta qab və qaşıqlardan istifadə etmək tövsiyə olunur. 

Bal uzunmüddətli qidadır. Ömrünün min il olduğu bilinir. Hətta bəzi mənbələr 5000 illik Misir mumiyalarının açılışı zamanı mumiyanın xarab olmasının qarşısını almaq üçün istifadə edilən balın hələ də yeməli olduğunu yazır. Balın ən böyük düşməni su olduğu üçün yaş qaşığa toxunmadan taxta qaşıqla istehlak edilməli, günəş şüalarından və havadan qorunaraq saxlanmalıdır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2211
avatar

Arzu Qurbanlı

Oxşar yazılar