B12 vitamini bədəninizin aktiv fəaliyyəti üçün vacibdir. Əgər özünüzü daim yorğun hiss edirsinizsə, B12 vitamini çatışmazlığınız ola bilər. Bədəninizdə B12 vitamini çatışmazlığını qida ilə qarşılaya bilərsiniz.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, yüngül B12 çatışmazlığı simptomlara səbəb ola bilməz. Ancaq müalicə edilmədikdə, bədəninizin funksiyalarına təsir edə, zəiflik, yorğunluq, başgicəllənmə, ürək döyüntüsü və nəfəs darlığına səbəb ola bilər.
Bəs, hansı qidalar B12 vitamini ilə zəngindir?
İspanaq
İspanaq kimi yaşıl tərəvəzlər bədəninizə B12 vitamini əlavə etmək üçün ən yaxşı vegetarian seçimlərindən biridir. İspanaq əla dəmir mənbəyidir. Bədəndə vitamin və mineral çatışmazlığını aradan qaldırır. İmmuniteti gücləndirir.
Qatıq
Qatıq zülal və B12 vitamini ilə zəngindir. Qatığı bişmiş kartofla yeyə və ya qəlyanaltı üçün bir kasa qatığa bir az çiyələk əlavə edə bilərsiniz.
Çuğundur
Dəmir, lif, kalium və B12 vitamini ilə zəngindir. Məlumdur ki, müntəzəm olaraq çuğundur yemək saçların uzanmasını yaxşılaşdırır, dərini daha sağlam və parlaq edir. Qan dövranını və dözümlülüyü artırır.
Süd
Süd B12 vitamini ilə zəngin qidalardan biridir. Gündə 2 stəkan süd içməklə gündəlik ehtiyaclarınızı qarşılaya bilərsiniz. Pendir kimi süd məhsulları da B12 vitamininin yaxşı mənbəyidir.