Azərbaycanda qrip kimi yayılan böyrək çatışmazlığı xəstəliyi - Niyə artdı? – HƏKİM DANIŞIR
02 fevral 2023 20:15 (UTC +04:00)

Azərbaycanda qrip kimi yayılan böyrək çatışmazlığı xəstəliyi - Niyə artdı? – HƏKİM DANIŞIR

Son dövrlərdə xroniki böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkən insanların sayı artıb. Bu xəstəlik bəzən özünü çox gec büruzə verir və bu zaman xəstənin sağlamlığına qovuşmaq şansı kifayət qədər aşağı düşür. 

Maraqlıdır, görəsən, bu cavanlaşan xəstəliyin əsas səbəbləri nələrdir?

Məsələ ilə bağlı həkim nefroloq Elnur Fərəcov Lent.az-a açıqlamasında bildirib ki, ölkədə böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkənlərin və hemodializə gedənlərin sayının artmasının iki səbəbi var.

Onun sözlərinə görə, bunun ilk səbəbi diabetik neyropatiyanın geniş yayılmasıdır:

“İkinci səbəb isə insanlarda yüksək arterial təzyiqin yaranması ilə bağlıdır. Son illərdə böyrək xəstəlikləri daha çox gənc yaşlarda müşahidə olunur. Digər ölkələrlə müqayisə etdikdə Azərbaycanda hemodializ xəstələri o qədər də çox deyil. Ölkədə təxminən 7-8 min hemodializ xəstəsi var. Bu da pis göstərici deyil. Çünki hemodializ xəstələrinin digər böyrək xəstələrinə nisbətən yaşamaq ehtimalı daha çoxdur. Onlar hemodializdə daha uzun ömür sürürü. Və buna görə, hemodializ xəstələrinin sayı da artmaqdadır. Əfsuslar olsun ki, böyrək transplantasiya əməliyyatları İcbari Tibbi Sığorta tərəfindən qarşılanmır. Transplantasiya əməliyyatı olmuş insanların sayı azdır. Halbuki bu əməliyyatı etdirmək istəyənlərin sayı qat-qat çoxdur. Bu tip xəstəliklərin artması əhalinin az hərəkət etməsindən və artıq çəkinin yaranmasından qaynaqlanır”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4647
avatar

Arzu Qurbanlı

Oxşar yazılar