Azərbaycanda "Omicron XBB.1.5" ə yoluxan varmı? - RƏSMİ CAVAB
16 yanvar 2023 14:13 (UTC +04:00)

Azərbaycanda "Omicron XBB.1.5"ə yoluxan varmı? - RƏSMİ CAVAB

Dünyada koronavirusun "Omicron" ştammının alt variantı "XBB.1.5" və yaxud "kraken" ştammına ilk yoluxma qeydə alınıb. "Kraken" variantı artıq 74 ölkədə aşkarlanıb.

Maraqlıdır, bəs Azərbaycanda da koronavirusun yeni ştammı "Omicron XBB.1.5" yoluxma qeydə alınıb? 

Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, infeksionist Təyyar Eyvazov Lent.az-a açıqlamasında bildirib ki, nazirliyin rəsmi açıqlamasına görə, hazırda ölkə ərazisində "Omicron XBB.1.5" ştammı aşkar edilməyib. 

Təyyar Eyvazovun sözlərinə görə, qonşu dövlətlərdə bu ştammın aşkar olunması onun Azərbaycanda da yayıla biləcəyini istisna etmir:

"Bunu nəzərə alaraq Səhiyyə Nazirliyi tərəfindən müvafiq testlər əldə edilib və araşdırmalar aparılır".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1518
avatar

Arzu Qurbanlı

Oxşar yazılar