Az yatmaq nəyə səbəb olur? - Ağlı itirmə və ...
26 aprel 2021 09:39 (UTC +04:00)

Az yatmaq nəyə səbəb olur? - Ağlı itirmə və ...

 İngiltərə alimləri orta yaşdakı yetkinlər üzərində aparılan araşdırma 6 saat və daha az yatan adamlarda sonrakı yaşlarda ağlını itirmə riskinin daha yüksək olduğunu ortaya qoyublar.

Lent.az bildirir ki,  “The Wall Street Journal”ın yazdığına görə, araşdırmalar gecələr 6 saat və daha az yatan 50 yaş aralarında olanların irəli dövrlərində ağlını itirmə ehtimalının eyni yaş qrupunda gecələr 7 saat yatanlara görə 22 faiz yüksək olduğunu göstərib.

  Ağlını itirmə kimi zehni sağlıq problemi riski gecələr 6 saat və daha az yatan 60 yaş aralarında olan adamlarda isə eyni yaş qrupunda gecələr 7 saat yatanlara görə 37 faiz yüksək olur.

  Alimlərin bir qrupu az yatmağın ağlı itirməyə səbəb olub-olmayacağı barədə bitərəfdir.  

  İngiltərə alimləri iştirakçılara hər 4-5 ildə bir anketlər verərək onların yuxu nizamları ilə bağlı məlumatlar toplamış və irəliləyən yaşlarda görünən zehni sağlıq problemləri ilə az yatmaq arasında əlaqə olduğu qənaətindədirlər.

  Araşdırma zamanı 1985-ci ildən etibarən təxminən 8 min adam izlənilib. 25 ildən çox icra edilən elmi təcrübə bu sahədəki ən uzun ardıcıl araşdırma qəbul edilir.

  Tədqiqat işinin nəticələri "Nature Communications" jurnalında dərc olunub.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6336
avatar

Oxşar yazılar