Asan və sürətli şəkildə  arıqladan qidalar
10 may 2023 10:39 (UTC +04:00)

Asan və sürətli şəkildə arıqladan qidalar

Tez və asan şəkildə arıqlamaq üçün pəhrizinizə maksimum miqdarda sağlam qidalar əlavə etmək lazımdır.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislər hansı qidaların arıqlamağı sürətləndirməyə kömək etdiyini açıqlayıblar.

Nişastası olmayan tərəvəzlər - brokoli, ispanaq, gül kələm, xiyar və badımcan və s. 

Bu kimi tərəvəzlərin tərkibində müxtəlif vitaminlər, minerallar və həzmə kömək edən vacib qidalar var. Nişastasız tərəvəzlərin hər porsiyasında təxminən 25 kalori, sıfır qram yağ, beş qram karbohidrat, üç qram lif və iki qram protein var.

Zeytun yağı 

Zeytun yağı sağlam yağ hesab olunur. Əsasən salatlara əlavə etmək yemək daha məsləhətlidir. 

Süd və süd məhsulları

Omeqa-3, yüksək protein səviyyələri, vitamin B-12 və yod kimi daha çox vacib yağ turşularını ehtiva etmir, həmçinin enerji səviyyələrini idarə edə bilir.

Çərəzlər

Pəhrizdə qoz-fındıq kimi çərəzlər mütləq olmalıdır. Səhər yeməyində püstə yemək qarın yağını yandırmağa kömək edir. Mütəxəssislər hər gün bir ovuc və ya 22 qram çərəz yeməyi tövsiyə edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2676
avatar

Arzu Qurbanlı

Oxşar yazılar