Artıq çəki  piylənməyə   səbəb olur
23 may 2024 13:59 (UTC +04:00)

Artıq çəki piylənməyə səbəb olur

Araşdırmalara görə, xərçəngin yaranma səbəbləri artıq çəki ilə əlaqədardır.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, artıq çəki 30-dan çox xərçəng növünə səbəb ola bilər. Alimlər xəstəliyin 40 faizində piylənmə ilə xərçəng arasında əlaqə tapıblar.

4,1 milyon iştirakçının sağlamlıq vəziyyətini təhlil edən genişmiqyaslı araşdırma aparılıb. Müşahidə dövründə elm adamları təxminən 333 min xərçəng hadisəsini aşkar ediblər və onların 40% -i artıq çəki ilə əlaqəli olduğu məlum olub.

Bu o deməkdir ki, normal bədən çəkisini saxlamaqla xərçəngə yoluxma hallarının əhəmiyyətli bir hissəsinin qarşısını almaq olar.

İlkin beynəlxalq araşdırma, piylənmə ilə əlaqəli 13 növ xərçəng aşkar edib. Söhbət xüsusilə bağırsaq, döş, uşaqlıq və böyrək xərçəngindən gedir.

Yeni bir araşdırma göstərir ki, bədən kütləsi indeksində (BMI) beş ballıq artım bu xərçəng riskini kişilərdə 24%, qadınlarda isə 12% artırır.

Tədqiqat müəllifləri hesab edirlər ki, piylənmənin xərçəngə təsiri əvvəllər düşünüldüyündən daha çox ola bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2886
avatar

Arzu Qurbanlı

Oxşar yazılar