Dietoloq Melanie Betz arıqlamağa çalışan insanların əsas səhvini açıqlayıb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssisin fikrincə, insanların arıqlamaq istəyərkən etdikləri əsas səhv tərəzidəki rəqəmlərə çox diqqət yetirməkdir.
Onun sözlərinə görə, hər gün özünüzü çəkməyin və çəkinizlə bağlı daha rahat olun:
“Çəki ümumi sağlamlığın çox kiçik bir hissəsidir. Sağlamlıq əslində sizin bütün fiziki və zehni rifah halınızdır. Kilo itkisi həm müsbət, həm də mənfi səbəblərdən baş verir. Bəzi insanlar səhər yeməyində yüksək lifli qidalar yeyərək və ya zülal qəbul edərək arıqlaya bilərlər.
Yadda saxlamaq lazımdır ki, çox tez arıqlamaq çox vaxt yalnız yağ deyil, əzələ kütləsinin itirilməsi ilə müşayiət olunur. Bu, ümumi sağlamlığın pisləşməsinə və yavaş metabolizmə səbəb ola bilər. Buna görə də, yalnız tərəzidəki sayı deyil, ümumi sağlamlığınızı yaxşılaşdırmağa diqqət yetirərək, tədricən kilo verməyə çalışmaq vacibdir”.