Mütəxəssislər arıqlamağa mane olan üç pəhriz məhsulunun adını açıqlayıb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, liflə zəngin bəzi qidalar mənfi xüsusiyyətlərə malikdir və arıqlamağınıza mane ola bilər.
Mütəxəssislər qranola, avokado və quru meyvələri pəhriz saxlayarkən yeməməyi məsləhət görürlər. Çünki bu qidalar arıqlamağa mane olur.
Qranolada yulaf, kətan toxumu, çia toxumu və badam kimi qidalandırıcı maddələr olsa da, çox vaxt əlavə şəkər və yağ ehtiva edir. Bu da lazımsız kalori qəbuluna səbəb olur.
Bitki yağı, kokos yağı və qoz yağı işlənmiş qranolada ləzzəti artırmaq və inqrediyentləri bağlamaq üçün istifadə olunur. Təəssüf ki, bu əlavələr kaloriləri əhəmiyyətli dərəcədə artıra və kilo almağa kömək edə bilər. Bu qidalar həmçinin potensial olaraq piylənmə və metabolik xəstəlik riskini artırır.