Almanın bilinməyən  faydaları - TƏƏCCÜBLƏNƏCƏKSİNİZ
11 yanvar 2025 13:05 (UTC +04:00)

Almanın bilinməyən faydaları - TƏƏCCÜBLƏNƏCƏKSİNİZ

Alimlər sübut ediblər ki, almanın müntəzəm istehlakı nəinki həzmi yaxşılaşdırır və immunitet sistemini gücləndirir, həm də beynin fəaliyyətinə müsbət təsir edir, xüsusən də idrak funksiyasını gücləndirir.

Lent.az-ın məlumatına görə, mütəxəssislər bunun almanın tərkibində olan antioksidant birləşmələr - flavonoidlərlə bağlı olduğunu qeyd ediblər.

Alma hüceyrə səviyyəsində bütün bədəni cavanlaşdıra bildiyi üçün beynin qocalmasını ləngidir. Həmçinin, almanın müntəzəm istehlakı neyrodegenerativ xəstəliklərin - demans və Alzheimer xəstəliyinin inkişaf riskini azaldır.

Hətta almanın ətri belə müəyyən dərəcədə faydalıdır. O, sakitləşdirici təsir göstərə, narahatlığı azalda bilər.

Alimlər gündə ən azı bir alma yeməyi tövsiyə edirlər - bu konsentrasiyanı artırmağa və yaddaşı gücləndirməyə kömək edir.

Almanın insan sağlamlığı üçün başqa hansı faydaları var?

- “Pis” xolesterinin səviyyəsini azaldır 

Gündə iki alma yeyirsinizsə, qanda xolesterinin səviyyəsini tarazlaşdıra, ürək və damarların fəaliyyətini yaxşılaşdıra bilərsiniz.

- Sürətli kilo itkisi

Meyvələr orqanizmi tox tutmağa kömək edən lif ehtiva edir, lakin artıq yağın yığılmasına kömək göstərmir.

- Xərçəng riskini azaldır

Almaların tərkibindəki antioksidant birləşmələr sayəsində xərçəngdən qoruna bilərsiniz, çünki onlar sərbəst radikalları öldürür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 576
avatar

Ləman Sərraf

Oxşar yazılar