Alçanın bilmədiyimiz   faydaları
11 may 2023 13:00 (UTC +04:00)

Alçanın bilmədiyimiz faydaları

Tərkibi A, C, B vitaminləri, kalium, maqnezium, fosfor və dəmir mineralları ilə zəngin olan alça yay mövsümündə insanların sevimli meyvələrindəndir. Alça həmçinin pəhriz saxlayanlar üçün də ideal meyvədir.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, alça arıqlamaqda çox faydalı rola malikdir.

Həmçinin gündə bir ovuc alça yeməklə qəbizlikdən azad ola bilərsiniz. Alça mədə qazı, qəbizlik və bağırsaqda qaz problemlərini qarşısını alır. Digər tərəfdən C vitamini ilə zəngin olan meyvə dəri sallanmasının qarşısını alır və gənc qalmasına səbəb olur. Gündə bir ovuc alça yesəniz dəri sallanmaları tamamilə yox olacaq. Ağciyər xərçəngi, xroniki ağciyər narahatlıqları, astma və soyuqdəymə kimi xəstəliklər üçün problemlərin aradan qaldırılmasına kömək etmək kimi xüsusiyyətləri var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2610
avatar

Arzu Qurbanlı

Oxşar yazılar