Yüksək temperatur rekordları ilə hər zaman gündəmdə olan Adanada asfalt əridən yay yaşanır. İstilik və rütubət səbəbindən vətəndaşlar çölə çıxmadığından küçələr boş qalıb. Termometrlərin 40 dərəcə göstərdiyi şəhərdə rütubətlə hiss edilən temperatur təxminən 50 dərəcəyə çatıb.
Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, adanalılar şəhəri tərk edərək yaylalara axışdığı üçün şəhər demək olar ki, boş qalıb.
Daxili Xəstəliklər üzrə mütəxəssis, doktor Meriç Zeydan bildirib ki, həddindən artıq isti havalarda diqqətli olmadıqda yaşlılar, xroniki xəstəliyi olanlar və uşaqlar üçün arzuolunmaz nəticələr yarana bilər.
Doktor Zeydan sərin və kondisionerli mühitlər seçməyi, gün ərzində bol su və maye qəbul etməyi, çölə çıxarkən papaq və ya çətirdən istifadə etməyi tövsiyə edib.
Meriç Zeydan, yay ayları ilə birlikdə gələn yüksək temperaturun bəzi sağlamlıq problemlərinə də səbəb ola biləcəyinə diqqət çəkib.
Yay aylarında insan orqanizminin sidiklə yanaşı tərləmə ilə də maye itkisi yaşadığını ifadə edən Zeydan, isti günlərin hipertoniya və aterosklerozlu insanlara daha pis təsir etdiyini söyləyib.
"Mümkünsə, hərarətin ən yüksək olduğu saat 11.00-16.00 arasında çölə çıxmayın. Açıq rəngli və pambıq paltar geyinin. Yüngül yemək yeyin, şəkər xəstələri, isti havalarda çox iş görməməli, bol su və şəkərsiz içkilər istehlak etməlidir. Qarpız, şaftalı kimi yüksək glisemik indeksli qidalardan uzaq durun. Böyrəklər maddələr mübadiləsindən zərərli tullantıları (karbamid, kreatinin, sidik turşusu və s.) sidik şəklində xaric edir, sidik axını yavaşlayaraq, böyrək daşlarının əmələ gəlməsini asanlaşdıracaq, həmçinin sidik yolları infeksiyaları, bəzən olduqca ağrılı və hətta müalicə edilmədikdə böyrək itkisinə səbəb ola bilər. Bunun qarşısını almaq üçün çoxlu maye istehlak etmək lazımdır. Normal şəraitdə böyüklər gündə 6-7 dəfə sidiyə getməlidir”. Deyən doktor günəş altında qalmağın dəri xərçəngi riskini artırdığını da söyləyib.