Gündə neçə fincan qəhvə içmək olar?- İnfarkta səbəb ola bilər
23 noyabr 2025 09:27 (UTC +04:00)

Gündə neçə fincan qəhvə içmək olar?- İnfarkta səbəb ola bilər

0

Orqanizmdə kofeinin həddindən artıq yığılması koronar arteriyanın tutulmasına, bunun da miokard infarktına gətirib çıxarmasına səbəb ola bilər.

Lent.az xəbər verir ki, kofein qısa müddətli olsa da, arterial təzyiqdə nəzərəçarpan yüksəlişə səbəb olur.

Bu hal xüsusilə hipertoniyadan və aterosklerozdan əziyyət çəkən insanlar üçün təhlükəlidir, çünki onların ürək-damar sisteminə əlavə yük düşür. Bu proses öz növbəsində tromb yaranmasına və nəticədə damar tutulmasına gətirib çıxara bilər.

Spazmına səbəb ola bilər

Kofein həmçinin damar spazmına səbəb olmaq xüsusiyyətinə malikdir. Bu cür spazm, xüsusən aterosklerozla zədələnmiş koronar arteriyalarda baş verə və ürəyə qan axınını kəskin azalda bilər. Bundan əlavə, kofein sinir sistemini stimullaşdırdığı üçün onun artıq qəbulu ürək ritminin pozulmasına yol açır.

Bu proseslər ürək əzələsinin oksigenə olan tələbatını artırır və nəticədə ürək toxumalarında oksigen çatışmazlığı — işemiya yarana bilər ki, bu da infarkt riskini yüksəldir. Xüsusilə kofein əlavələri təhlükəlidir, çünki onların dozasına nəzarət etmək çətindir. Energetik içkilər və bəzi dərman vasitələri də risk qrupuna daxildir. Çünki bəzi antibiotiklər və antidepresantlar kofeinin orqanizmdə parçalanma sürətini azaldaraq onun səviyyəsini qanda artırır.

400 milliqram həddi

Sağlam insanlar üçün təhlükəsiz kofein miqdarı gündə 400 milliqrama qədərdir, bu da təxminən üç-beş fincan qəhvəyə bərabərdir. Ürək-damar xəstəlikləri olan şəxslərə isə kofeinin qəbul olunacaq miqdarını mütləq şəkildə həkimlə məsləhətləşmək tövsiyə olunur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 88

Oxşar yazılar