8 yaşlı qızın beynindən bir metr tük çıxarıldı
21 aprel 2024 11:02 (UTC +04:00)

8 yaşlı qızın beynindən bir metr tük çıxarıldı

Şiddətli baş ağrısı ilə xəstəxanaya müraciət edən 8 yaşlı qızın beynindən təxminən bir metr uzunluğunda tük götürülüb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Qırğızıstanın Cəlal-Abad vilayətindən olan qız şiddətli baş ağrısı şikayəti ilə xəstəxanaya müraciət edib. 

Həkimlər 8 yaşlı uşağın MRT-sini çəkəndə heyrətə gəliblər. MRT müayinələrində uşağın beynində “böyük və yad kütlə” aşkar edilib.

Əvvəlcə onun beynində şiş olduğu düşünülsə də, müayinələrdən sonra tamam fərqli bir vəziyyət ortaya çıxıb. Həkimlər əməliyyat zamanı uşağın beyin skanında gördükləri kütlənin təxminən bir metr uzunluğunda tük olduğunu aşkar ediblər.

Qırğızıstan Səhiyyə Nazirliyi ölkədə maraq doğuran əməliyyatla bağlı açıqlama verib:

"Saçların mədəciyin dibində kökü var idi və ola bilər ki, bu, doğuşdan əvvəl inkişafda anormallıq olub. Saçların daha da uzanması xəstənin sağlamlığı üçün təhlükəli ola bilərdi”. 

Həkimlər uşağın beynindəki tüklərin ana bətnində anormal şəkildə formalaşdığını bildiriblər.

# 2694
avatar

Oxşar yazılar

Banan yeməyin  faydaları və zərərləri

Banan yeməyin faydaları və zərərləri

17 may 2024 , 16:42
Qaraciyəri  təmizləyən   qidaların SİYAHISI

Qaraciyəri təmizləyən qidaların SİYAHISI

17 may 2024 , 15:47
Şəkərli diabet

Bu vərdiş diabet riskini azaldır

17 may 2024 , 11:36
Qarın piylərindən  qurtulmağın yolu

Qarın piylərindən qurtulmağın yolu

17 may 2024 , 11:14
yuxusuzluq

Niyə yuxuya ehtiyacımız var? - Alimlər AÇIQLADI

17 may 2024 , 10:30
yumurta

Hər gün yumurta yemək orqanizmə necə təsir edir?

17 may 2024 , 09:35
Arzuları  yerinə yetirən  sehirli ot – Zəncirotu barədə bilmədiklərimiz

Arzuları yerinə yetirən sehirli ot – Zəncirotu barədə bilmədiklərimiz

16 may 2024 , 19:49
infarkt

Uşaqlıqda bu vərdiş yetkinlik dövründə infarkt riskini artırır

16 may 2024 , 16:24