Kişiyə bitkidən göbələk yoluxub.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu xəstəlik bəzi ağacların yarpaqlarına təsir edən, onları gümüşü rəngə çevirən və tez-tez ölməsinə səbəb olan göbələk xəstəliyidir.
"Chondrostereum purpureum" adlanan göbələk xəstəliyi hava sporları ilə yayılır və dəridəki kəsiklər, yaralar vasitəsilə yoluxur.
Xəstəlik bitki mikoloqu işləyən 61 yaşlı kişidə aşkar edilib. Üç ay öskürək, yorğunluq, udqunma çətinliyi və boğuq səsdən əziyyət çəkib. Müayinə zamanı həkimlər xəstənin nəfəs borusunda abses aşkar ediblər. Əvvəlcə xəstəliyin səbəbinin nə ola biləcəyi bəlli olmayıb, lakin sonda infeksiyanın səbəbinin "Chondrostereum purpureum" göbələyi olduğu müəyyən edilib.
Bu hal mütəxəssislərin narahatlığına səbəb olub, çünki iqlim dəyişikliyi nəticəsində bəzi göbələklər daha davamlı ola və insanların orqanizmində yaşamağa başlaya bilərlər.