60 yaşdan sonra mütləq  keçi pendiri   yeməlisiniz
24 yanvar 2024 19:13 (UTC +04:00)

60 yaşdan sonra mütləq keçi pendiri yeməlisiniz

Dietoloqlar 60 yaşdan yuxarı insanların necə qidalanmalı olduqlarını açıqlayıblar.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, süd məhsulları sağlam həyat tərzi sürməyə çalışan insanların əksəriyyətinin rasionunda mühüm yer tutur. 

Keçi pendiri xüsusilə qida rasionuna daxil edilməlidir. Çünki 60 yaşdan yuxarı insanlar üçün zəruridir. Özünə xas dadı, qeyri-adi ətri və yüngül teksturası ilə keçi pendiri yetkinlik dövründə çox faydalıdır. Bu pendir sümükləri əla vəziyyətdə saxlamaq üçün vacib olan zəngin kalsium və zülal mənbəyidir.

Mütəxəssislər vurğulayırlar ki, keçi pendiri xüsusilə hipertoniya, şəkərli diabetdən əziyyət çəkən insanlar, vegetarianlar və təbii ki, yaşlılar üçün tövsiyə olunur. Onun istehlakı "pis" LDL xolesterinin səviyyəsini azaldır, bu da öz növbəsində ürək xəstəliyi və insult riskini azaldır.

Keçi pendiri bədənimizə müsbət təsir göstərən qiymətli qidaların əsl mənbəyidir. Bunlara kalsium, manqan, dəmir, D, A, K, B və E vitaminləri, kalium, maqnezium və B vitaminləri daxildir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4230
avatar

Arzu Qurbanlı

Oxşar yazılar