19:55 26 fevral 2021

Böyük şəhərlərdə xərçəngə yoluxmaq ehtimalı daha yüksəkdir – SƏBƏB

Böyük şəhərlərdə aktiv gecə işıqlandırılması tiroid xərçəngi riskinin artması ilə əlaqəli ola bilər. 

Lent.az xarici mediaya istinadla bildirir ki, Texas Universiteti Sağlamlıq Elm Mərkəzinin alimləri bu barədə xəbərdarlıq edirlər.

Alimlər əvvəllər gecə işıqlandırması ilə döş xərçəngi riskinin artması arasında bir əlaqə tapmışdılar. Bundan əlavə, bəzi döş xərçəngi tiroid xərçəngi ilə ümumi hormon asılılığı yarada bilər.

Elm adamları yeni tədqiqatın gedişində Amerikadakı bir qrup 50-71 yaşındakı insanların sağlamlıq göstəricilərinə öyrəniblər və tədqiqat iştirakçılarının yaşadıqları bölgələrdə gecə vaxtı işıqlandırma səviyyələrini qiymətləndirmək üçün peyk görüntülərini analiz ediblər.

Orta hesabla 12.8 ildir təqib olunan 464.371 iştirakçı arasında 856 tiroid xərçəngi diaqnozu qoyulub.

Gecə ən aşağı işıq kvintili ilə müqayisədə ən yüksək kvintil tiroid xərçəngi riskinin 55 faiz  artması ilə əlaqələndirilib. 

Bağlantı əsasən papiller tiroid xərçəngi ilə əlaqəli olub. Maraqlıdır ki, qadınlarda kişilərdən daha güclü olduğu ortaya çıxıb.

Araşdırmada qadınlarda gecə işığı ilə əlaqənin bədənin digər hissələrinə yayılma əlaməti olmayan lokal xərçənglər üçün daha güclü olduğu, kişilərdə isə xərçəngin sonrakı mərhələlərində daha güclü olduğu təsbit edilib.

Alimlər, gecə işıqlarının şiş əleyhinə təsirlər yarada bilən estrogen fəaliyyətinin modulatoru olan melatonini yatırdığını söyləyirlər. Bundan əlavə, gecə işıqları bədənin daxili saatında (və ya sirkadiyalı ritmlərdə) pozulmalara səbəb olur ki, bu da müxtəlif növ xərçəng növlərinin inkişafı üçün risk faktoru hesab olunur.


 

# 1389
avatar

Oxşar yazılar