ABŞ və Çindən olan tədqiqatçılar üzüm çəyirdəyində dərmanlardan daha yaxşı təsir göstərən maddə aşkar ediblər.
Lent.az xəbər verir ki, Professor Xu Qixia (Qixia Xu) və onun Çin və ABŞ-dan olan həmkarları buna nail ola biliblər.
"Nature Metabolism" elmi jurnalında dərc olunan elmi iş zamanı onlar insanın prostat vəzindən bir neçə hüceyrə götürərək onları kimyaterapiya dərmanı ilə müalicə ediblər. burada qocalma prosesi baş verib.
Bundan sonra onlar üzərində 46 bitki mənşəli dərmanı sınaqdan keçirməyə başlayıblar.
Alimlər üzüm çəyirdəyi ekstraktının qocalmış hüceyrələrlə yaxşı işlədiyini aşkar etdilər.
O, nəinki qocalmış hüceyrələrin 80%-ni məhv edir, həm də qocalmanın səbəbi olan SASP zülallarının ifrazını bloklayır.
Çəyirdək ekstraktında olan hansı birləşmənin bu effekti təmin etdiyini dəqiq öyrənmək üçün tədqiqatçılar onu ayrı-ayrı maddələrə ayırdılar. Məlum olub ki, aktiv maddə artıq DNT-yə təsir etmək qabiliyyəti ilə tanınan prosiyanidin C1 (PCC1)-dir. Sonrakı sınaqlarda alimlər PCC1-nin ağciyərlərin, qan damarlarının və s. toxumaların köhnə hüceyrələrini məhv etdiyini aşkar etdilər.
Nəhayət, maddə laboratoriya siçanları üzərində sınaqdan keçirildi. Alimlər PCC1-ni 24-27 aylıq gəmiricilərə tətbiq ediblər. İnsan standartlarına görə bu, təxminən 75-90 yaş arasıdır. Müşahidələr göstərdi ki, həmin siçanlar yaşıdları ilə müqayisədə 64,2% daha uzun ömür yaşayıb.
Bu maddənin insanlarda necə işlədiyi hələ də məlum deyil, lakin elm adamları onun mövcud senolitiklərdən daha təsirli olduğuna ümid edirlər.