Azərbaycanın 4 ölkədə səfiri dəyişdi - SƏRƏNCAM
16 iyul 2021 17:49 (UTC +04:00)

Azərbaycanın 4 ölkədə səfiri dəyişdi - SƏRƏNCAM

Lətif Seyfəddin oğlu Qəndilov Azərbaycanın Belarusda fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycanın Müstəqil Dövlətlər Birliyinin nizamnamə və digər orqanları yanında daimi səlahiyyətli nümayəndəsi vəzifələrindən geri çağırılıb.

Lent.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Prezident İlham Əliyevin digər sərəncamı ilə Ülvi Vaqif oğlu Baxşəliyev Azərbaycanın Belarusda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

***

Prezident İlham Əliyev Rəşad Eynəddin oğlu Məmmədovun Azərbaycan Respublikasının Qazaxıstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

Lent.az-ın xəbərinə görə, Prezidentin imzaladığı digər sərəncamla Ağalar Rahim oğlu Atamoğlanov Azərbaycanın Qazaxıstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

***

Həsən Dilsuz oğlu Məmmədzadə Azərbaycanın Tacikistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Lent.az-ın xəbərinə görə, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Əlimirzamin Qəvvam oğlu Əskərov Azərbaycanın Tacikistanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

***

Azərbaycanın Pakistanda fövqəladə və səlahiyyətli səfiri Əli Fikrət oğlu Əlizadə vəzifəsindən geri çağırılıb.

Prezidentin digər sərəncamı ilə Xəzər Nadir oğlu Fərhadov Azərbaycanın Pakistanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

# 3711
avatar

Oxşar yazılar