Şorbanı yenidən qızdırmaq olmaz  – Çoxları səhv edir
11 sentyabr 2024 17:53 (UTC +04:00)

Şorbanı yenidən qızdırmaq olmaz – Çoxları səhv edir

Bir çox ailələrdə, xüsusən də böyük ailələrdə şorba bişirilir və bir neçə gün bişirilir.

Lent.az xəbər verir ki, aşpaz Yuliya Arxipova bunu etməyi məsləhət görmür və buna qarşı arqument kimi bir neçə səbəb göstərir. 

Birincisi odur ki, qızdırılan zaman yemək təzə olduğu kimi qədər iştahaaçan və cəlbedici olmur. 

Məlumata görə, qızdırılan şorba çox vaxt sağlamlıq üçün təhlükəli olur. Şorba bir neçə saat isti saxlanılarsa, zəhərlənmə riski xüsusilə yüksəkdir. Bir çox evdar qadınlar soyuducuya qoymazdan əvvəl tamamilə soyudulana qədər sobanın üstündə qoyurlar. 

Bənzər bir vərdişiniz varsa, ondan mümkün qədər tez qurtulmağa çalışın. Qeyd edək ki, bu məsləhət xüsusilə isti havalarda aktualdır. İş ondadır ki, ət, balıq və ya toyuq suyu 5 ilə 65 dərəcə istilikdə aktiv şəkildə çoxalmağa başlayan patogenlər üçün əla qidalı mühit rolunu oynayır. Hər dəqiqə mikrobların sayı artır və bununla da mədə pozğunluğu və ya qida zəhərlənməsi riski də çoxalır.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4497
avatar

Sevinc Fərid

Oxşar yazılar