Sadəcə 3 məhsulla  hazırlanan şokoladlı tort
29 avqust 2023 12:50 (UTC +04:00)

Sadəcə 3 məhsulla hazırlanan şokoladlı tort

Hazırlanması hər nə qədər çətin görünsə də, tort bişirmək əslində çox asandır. Bunun üçün sadəcə 3 məhsula ehtiyacınız var.

Lent.az sadəcə 3 məhsulla hazırlanan tortun reseptini təqdim edir:

1. 2 stəkan şokolad kremi
2. 4 yumurta
3. Yarım stəkan un

Əvvəlcə sobanınızı 250 dərəcə qızdırın. Sonra bir qabda 4 yumurta və şokolad kremini əlavə edin. Qarışığı ikiqat olana qədər qarışdırın və tədricən unu əlavə edin. Qarışığı tort qabının içinə yayın. Tortun ortası qalxana qədər təxminən 40 dəqiqə bişirin. Bişmiş tortu çıxarın və 15 dəqiqə üzəri örtülü şəkildə saxlayın. Soyudulmuş tortun üzərinə yarım stəkan şokoladlı krem yayın və dilimlərə bölün.

Nuş olsun.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8844
avatar

Arzu Qurbanlı

Oxşar yazılar