Qızardılan balıq  niyə parçalanır?   - Səbəbi AÇIQLANDI
31 iyul 2023 12:50 (UTC +04:00)

Qızardılan balıq niyə parçalanır? - Səbəbi AÇIQLANDI

İstər peşəkar aşpaz, istərsə də evdar qadınlar balığın qızartma prosesində müəyyən hissələrə parçalanması ilə qarşılaşa bilir. Bəs, bunun səbəbi nədir?

Lent.az xəbər verir ki, buna səbəb olacaq faktorlardan biri balığın keyfiyyətidir. Məsələn, təcrübəli aşpaz bişirmək üçün təzə balıq seçməyə çalışır. Çünki bu zaman balığın formasını saxlama ehtimalı artır. Ancaq dondurulmuş bir məhsulda təəssüf ki, parçalanma baş verir.

Təzə balığı özünüz dondurmusunuzsa, sadəcə onun düzgün formada buzunun açılmasına şərait yaratmalısınız. Amma dondurulmuş məhsul alarkən sizə dəfələrlə defrost edilmiş məhsul təklif oluna bilər. Buna görə də diqqətli olun.

Balığın bütöv qalma şansını artırmaq üçün onu unda bişirmək məsləhətdir. Adi buğda unu və bir toyuq yumurtası balığın qızardılması üçün möhtəşəm üsuldur.

Həmçinin, bunlarla yanaşı yağ da balığın düzgün şəkildə bişirilməsinə kömək edir. Balığı az miqdarda bitki yağında bişirməyin. Çalışın balığı yüksək keyfiyyətli və çox miqdarda qızardın.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6303
avatar

Sevinc Fərid

Oxşar yazılar