Qat-qat xəmirli pendirli çubuqlar - Necə hazırlanır?
15 sentyabr 2024 16:57 (UTC +04:00)

Qat-qat xəmirli pendirli çubuqlar - Necə hazırlanır?

Lent.az pendirli çubuqların tərkibini təqdim edir:

500 qr qat-qat xəmir

200-300 qr holland pendiri

1 ədəd yumurta

qırmızı bibər tozu

Hazırlanması: 

Qat-qat xəmir yayılır üzərinə çalınmış yumurta çəkilib süzgəcin xırda gözündən keçirilmiş holland pendiri  və qırmızı bibər tozu səpilir.

İkinçi qati yayib üzərinə sərib ehmalca azca yayırıq.

Üzərinə yumurta çəkib nazik lentlər kəsirik.

Üzərinə pendir, qırmızı bibər səpib bururuq. Yağlı kağız sərilmiş listə yığırıq.

Qızılı rəng alana qədər 180 dərəcədə isidilmiş sobada bişiririk.

Nuş olsun!
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2565
avatar

Oxşar yazılar