Qarabaşaq yarması necə bişirilməlidir? -  2 vacib qayda
19 iyul 2024 16:55 (UTC +04:00)

Qarabaşaq yarması necə bişirilməlidir? - 2 vacib qayda

Qarabaşaq yarması ən ideal pəhriz yeməyi hesab olunur. Ancaq bəzi hallarda bu yemək yüksək kalorili də hesab olunur. 

Lent.az xəbər verir ki, qarabaşaq yarmasını təhlükəli bir yeməyə çevirən iki ümumi səhvdən qaçmaq kifayətdir. Həmin səhvləri təqdim edirik: 

Qarabaşaq yarmasını südlə bişirmək

Bir çox yemək sevərlər südlü qarabaşaq yarmasını sevirlər. Bu yeməyin olduqca iştahaaçan və maraqlı dadı var. 

Ancaq arıqlamağı planlaşdıran insanlar südlə qarabaşaq bişirməməlidir. Belə olan halda onu adi su ilə bişirmək məsləhətdir. Bu vəziyyətdə yemək əlavə kalori almayacaq.

Qarabaşaq yarmasını duzlu bişirmək 

Ümumiyyətlə, bütün yeməkləri çalışıb az duzlu etmək lazımdır. Ancaq arıqlamağa çalışanlar buna xüsusilə diqqət etməlidirlər. Çünki çox duzlu qarabaşaq artıq çəki yarada bilər və həmçinin, sağlamlıq üçün zərərlidir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 13347
avatar

Sevinc Fərid

Oxşar yazılar