Qarabaşaq kotleti   – Oruc tutanlar üçün əla seçimdir
08 aprel 2024 19:33 (UTC +04:00)

Qarabaşaq kotleti – Oruc tutanlar üçün əla seçimdir

Bəzən elə olur ki, ət yemək və ya oruc tutanlar iftarda ağır yeməklər istəmir. Bu zaman ən yaxşı seçim dənli bitkilərdən hazırlanmış yeməklərdir. Məsələn, çox dadlı və yüngül qarabaşaq kotletini yəqin ki, eşitmisiniz. Bəs, bu yeməyi necə hazırlamaq olar? 

Lent.az qarabaşaq kotletinin hazırlanma qaydasını təqdim edir: 

Lazım olan ərzaqlar: 

Qarabaşaq yarması - 1 yemək qaşığı;

Kartof - 4 ədəd;

Çörək qırıntıları;

Bitki yağı, duz, ədviyyat.

Qarabaşaq yarmasını təmizləyin və yuyun. Sonra onun üzərinə qaynar su tökün, tavanı atəşə qoyun və qaynadın. Qaynadıqdan sonra 20-25 dəqiqə bişirin. Bu zaman  kartofları yuyub qaynadın. Qarabaşaq hazır olduqdan sonra soyulmuş kartofla birlikdə ətçəkən maşından keçirin.

Zövqə uyğun olaraq duz, ədviyyatlar, fərqli  otlar və digər tərəvəzlər əlavə edin (məsələn, soğan - kotletlər daha şirəli olacaq). Kotletləri düzəldin və bitki yağında iki dəqiqə ərzində qızardın. Nəticədən çox qalacaqsınız. 

# 9954
avatar

Sevinc Fərid

Oxşar yazılar