Lavaşdan hazırlanan asan və  ləzzətli qəlyanaltı resepti
10 may 2023 18:56 (UTC +04:00)

Lavaşdan hazırlanan asan və ləzzətli qəlyanaltı resepti

Lent.az-ın mətbəxi layihəsində növbəti resepti təqdim edirik.

Bu dəfə sosial şəbəkədə "MyFoodChannel" adı ilə tanınan səhifəyə istinadən çox dadlı və asan hazırlanan qəlyanaltı reseptini sizinlə bölüşürük. Bu asan hazırlanan qəlyanaltı hər hansı qonaqlıq və ya ziyafət məclisi üçün yaxşı alternativdir.  

Lazım olan ərzaqlar:

1 ədəd qırmızı bolqar bibəri

1 ədəd sarı bolqar bibəri

1 ədəd qırmızı soğan

2 ədəd toyuq filesi

1/2 çay qaşığı duz

1/2 çay qaşığı paprika

1/2 çay qaşığı qara istiot

1/2 çay qaşığı toz sarımsaq

1/2 çay qaşığı toz soğan

1/2 çay qaşığı cirə

1 çay qaşığı un

3-4 yemək qaşığı duru yağ

1/2 stəkan qarğıdalı 

Sousu üçün

3-4 yemək qaşığı mayonez

3-4 yemək qaşığı ketçup

3-4 sap cəfəri

1/4 limon suyu

Zövqə görə holland pendiri

Hazırlanma qaydasını videodan ətraflı izləyə bilərsiniz.

Nuş olsun!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5319
avatar

Sevinc Fərid

Oxşar yazılar