Fincanda şokoladlı kekslər   – Cəmi 15 dəqiqəyə hazırlanır
11 yanvar 2024 19:20 (UTC +04:00)

Fincanda şokoladlı kekslər – Cəmi 15 dəqiqəyə hazırlanır

“Cupcakes” hazırlamaq o qədər sadədir ki, hətta uşaqlar bunu edə bilər. Hər kəs evdə hazırlanmış bişmiş məhsulları sevir. Ancaq çox vaxt onları hazırlamaq üçün kifayət qədər vaxt olmur. Belə vəziyyətdə xilaskar olaraq mikrodalğalı sobada hazırlana bilən desert yada düşür. Bu da sizi inanılmaz şokolad qoxusu və dadı ilə sevindirəcək.

Lent.az xəbər verir ki, bir fincanda bu şokoladlı keks hazırlamaq cəmi 15 dəqiqə çəkir. Bu mükəmməl desert səhər yeməyi üçün və ya qonaqlar gəldikdə şirin qəlyanaltı kimi çox köməyinizə gələcək.

Bu reseptin əsas üstün tərəfi onun sadəliyidir. 

Lazım olan ərzaqlar: 

Un -100 qram;

Kakao tozu - 30 qram;

Hazır qəhvə - 10 qram;

Şəkər - 40 qram;

Süd - 50 millilitr;

Toyuq yumurtası - 1 ədəd;

Kərə yağı - 50 qram;

Vanil şəkər - 5 qram;

Qabartma tozu - 5 qram;

Şəkər tozu - 10 qram;

Əvvəlcə unu ələyin. Daha sonra ona kakao, hazır qəhvə, vanil şəkər, qabartma tozu və ərinmiş kərə yağı əlavə etməklə başlayın. Stəkanları yağlamaq üçün ehtiyat 10 q kərə yağı ayırın.

Sonra yumurtanı şəkərlə yüngül köpük yaranana qədər çalın və südlə birlikdə xəmirə əlavə edin. Hamarlanana qədər qarışdırın - xəmir qalın xama bənzəməlidir. İki 150 ml stəkanı yağla yağlayın və 2/3 hissəsini xəmirlə doldurun.

Mikrodalğalı sobada maksimum gücdə 2-3 dəqiqə bişirin. Kekslərin hazırlığını diş çubuğu ilə yoxlaya bilərsiniz. 

Nəhayət, şokoladlı qəhvə kekslərinin üzərinə şəkər tozu tökün. Budur, keksləriniz hazırdır. Zövq alın!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7549

Oxşar yazılar

Ən asan ev pizzası RESEPTİ

Ən asan ev pizzası RESEPTİ

22 aprel 2025 , 12:52
Kartof püresinə   bunu əlavə edin: ən ləzzətli RESEPT

Kartof püresinə bunu əlavə edin: ən ləzzətli RESEPT

21 aprel 2025 , 14:58
Şokoladlı xəmirlə piroq RESEPTİ

Şokoladlı xəmirlə piroq RESEPTİ

19 aprel 2025 , 11:36
Yeməyin soyuducuda 3 qat  daha uzun müddət   saxlamaq üçün SİRLƏR

Yeməyin soyuducuda 3 qat daha uzun müddət saxlamaq üçün SİRLƏR

18 aprel 2025 , 16:46
Ən asan cheesecake RESEPTİ

Ən asan cheesecake RESEPTİ

17 aprel 2025 , 14:54
Sizə  super güc verəcək   səhər yeməyi

Sizə super güc verəcək səhər yeməyi

16 aprel 2025 , 18:03
Kartof püresinin dadını tamamilə dəyişən gizli inqrediyent: Parmesan

Kartof püresinin dadını tamamilə dəyişən gizli inqrediyent: Parmesan

15 aprel 2025 , 16:56
20 dəqiqəyə hazırdır:  Tez bişən yemək RESEPTLƏRİ

20 dəqiqəyə hazırdır: Tez bişən yemək RESEPTLƏRİ

14 aprel 2025 , 15:18