Ətsiz kotletlərin  bişirilməsi – Dadlı və sağlam
15 yanvar 2024 15:58 (UTC +04:00)

Ətsiz kotletlərin bişirilməsi – Dadlı və sağlam

Əgər sağlam qidalanırsınızsa və dieta saxlayırsınızsa, yemək seçiminə diqqətlə yanaşmalısınız. Belə olan halda sevimli yeməklərinizin alternativ versiyalarından istifadə edə bilərsiniz. Belə yeməklərdən biri də kotletlərdir. Ancaq kotleti ətsiz və daha dadlı necə etmək olar? 

Lent.az ətsiz kotletin hazırlanması reseptini təqdim edir: 

Lazım olan ərzaqlar: 

300 q kəsmik;
4 yumurta;
200 q yulaf kəpəyi və ya yulaf əzməsi;
Yaşıl soğan.

Bundan əlavə, yeməyi  daha dadlı etmək üçün sevimli ədviyyatlarınızı əlavə edə bilərsiniz.  

Yaşıl soğan cəfəri və ya digər göyərtilərlə əvəz edilə bilər. Kəsmik və yulaf yaxşıca əzilməli və qarışdırılmalıdır. Daha sonra göyərti də onun üzərinə tökülməlidir.  

Alınan qarışığı yaxşıca qarışdırmaq lazımdır. Sonra ona yumurta və ədviyyatları əlavə edə bilərsiniz.

Bunları bitirdikdən sonra alınan qarışığı bir saat "dincəlməyə" qoyun. Bu müddətdən sonra kotletləri əvvəlcədən isidilmiş tavada qızartmağa davam edin.

Onları qızılı rəngə çevrilənə qədər bişirin, sonra qalan yağı çıxarmaq üçün kağız dəsmalın üzərinə qoyun.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 15264

Oxşar yazılar

Ən asan ev pizzası RESEPTİ

Ən asan ev pizzası RESEPTİ

22 aprel 2025 , 12:52
Kartof püresinə   bunu əlavə edin: ən ləzzətli RESEPT

Kartof püresinə bunu əlavə edin: ən ləzzətli RESEPT

21 aprel 2025 , 14:58
Şokoladlı xəmirlə piroq RESEPTİ

Şokoladlı xəmirlə piroq RESEPTİ

19 aprel 2025 , 11:36
Yeməyin soyuducuda 3 qat  daha uzun müddət   saxlamaq üçün SİRLƏR

Yeməyin soyuducuda 3 qat daha uzun müddət saxlamaq üçün SİRLƏR

18 aprel 2025 , 16:46
Ən asan cheesecake RESEPTİ

Ən asan cheesecake RESEPTİ

17 aprel 2025 , 14:54
Sizə  super güc verəcək   səhər yeməyi

Sizə super güc verəcək səhər yeməyi

16 aprel 2025 , 18:03
Kartof püresinin dadını tamamilə dəyişən gizli inqrediyent: Parmesan

Kartof püresinin dadını tamamilə dəyişən gizli inqrediyent: Parmesan

15 aprel 2025 , 16:56
20 dəqiqəyə hazırdır:  Tez bişən yemək RESEPTLƏRİ

20 dəqiqəyə hazırdır: Tez bişən yemək RESEPTLƏRİ

14 aprel 2025 , 15:18