Bişmiş yumurta ilə  bu 5 qidanı   YEMƏK OLMAZ
26 fevral 2024 16:28 (UTC +04:00)

Bişmiş yumurta ilə bu 5 qidanı YEMƏK OLMAZ

Bişmiş yumurtaları asanlıqla bir neçə dəqiqə ərzində hazırlana bilən ən məşhur yemək adlandırmaq olar.

Lent.az xəbər verir ki, bir çox insanlar dadını, aromasını və teksturasını yaxşılaşdırmaq üçün omletə müxtəlif maddələr əlavə edirlər. 

Bununla belə, bütün maddələr bu yeməyə əlavə edilə bilməz. Çünki bəziləri yumurtanın dadına mənfi təsir göstərə və hətta bədən üçün təhlükə yarada bilər.

Meyvələr

Alma və ya portağal kimi meyvələr omletə əlavə edilməməlidir. Onların şirin dadı yumurta ilə uyğun gəlmir və bu qidaların birləşməsi əksər insanlar üçün xoşagəlməz ola bilər.

Göy pendir

Yumurta bişirərkən ona tökülən çox qidalardan biri də pendirdir. Çox insanlar bu iki qidanı birlikdə çox sevir. Ancaq bəzi pendir növləri var ki, onlar yumurtaya əlavə olunmamalıdır. Məsələn, rokfor və ya qorqonzola kimi mavi pendirlər yumurtaların təbii dadını üstələyə bilər. Ona görə onların qayğanağa tökülməsi məsləhət görülmür. 

Acı souslar

Çoxlarının sevdiyi acı souslar da yumurtaların təbii dadını dəyişə bilir. Buna görə çalışıb yumurtanı acı souslarla yeməyin. 

Dəniz məhsulları

Karides və ya kalamar kimi dəniz məhsulları həmişə bişmiş yumurta ilə yaxşı getmir. 

Onların xüsusi dadı yumurtanın dadı ilə ziddiyyət təşkil edə və sizdə arzuolunmaz təsir bağışlaya bilər. 

Turş süd məhsulları

Qaynadılmış yumurtaya turşulu süd məhsulları (kefir və ya qatıq) əlavə etmək yumurtanın ağının ayrılmasına və laxtalanmasına səbəb ola bilər. Bu da yeməyi istehlak üçün yararsız hala gətirir. Həmçinin, fermentləşdirilmiş süd məhsulları bədənə zərər verə bilər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9474
avatar

Sevinc Fərid

Oxşar yazılar