Bişirilmədən hazırlanan bananlı tort: RESEPT
09 may 2025 19:45 (UTC +04:00)

Bişirilmədən hazırlanan bananlı tort: RESEPT

Əgər sobanız yoxdursa və ya ondan istifadə etmək istəmirsinizsə, amma şirniyyat yemək istəyirsinizsə, bişirmədən hazırlanan tort dadmaq üçün əla seçimdir.

Lent.az sizə bananla hazırlanan gözəl bir resept təqdim edir:

Lazım olan məhsullar:

600-800 ml xama

400 q duzsuz kraker peçenye

3 ədəd banan

Zövqə görə qoz və ya digər çərəzlər

Arasına qoymaq üçün zefir (şərti, yəni istəyə bağlı)

50-100 q şəkər

Üzəri üçün şokolad 

Hazırlanması:

Əvvəlcə dərin bir qabda xama, şəkər və iki rəndələnmiş bananı qarışdırın. Bu qarışığı mikserlə çalmaq məsləhətdir. Sonra krakerləri əlavə edin və qarışığı 1 saat kənarda saxlayın. Bu müddətdə qarışıq bir qədər yapışqan hal almalıdır. İstəyə görə doğranmış qoz və digər çərəzləri əlavə edin və yenidən 1 saat saxlayın. İki saatdan sonra “xəmiriniz” qalın və yapışqan olacaq.

Formanı qida plonkası ilə örtün və xəmirin yarısını ora tökün. Zefiri nazik dairələr şəklində doğrayın – bu, kremi əvəz edəcək. Zefiri xəmirin üzərinə elə düzün ki, boşluq qalmasın. Zefir xamanı hopduracaq və krem kimi yumşaq olacaq. Amma istəsəniz, zefiri istifadə etməyə bilərsiniz onun yerinə meyvə, məsələn banan və ya kivi qoya bilərsiniz. Sonra xəmirin ikinci hissəsini də üzərinə əlavə edin və formayı soyuducuya yerləşdirin. Bir neçə saat, daha yaxşısı isə gecədən səhərə qədər saxlayın. Tortu xama, pudinq və ya qatıqla bəzəyə bilərsiniz. Üzərini meyvələrlə və ya sürtgəcdən keçirilmiş şokoladla da bəzəmək olar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 134

Oxşar yazılar