Yadplanetlilərin "oğurladığı" qadın  Netflixi məhkəməyə verdi
06 noyabr 2024 15:00 (UTC +04:00)

Yadplanetlilərin "oğurladığı" qadın Netflixi məhkəməyə verdi

Netflix Manhettendə 1989-cu ildə yadplanetlilərin qaçırdığını iddia edən Nyu-Yorkdan olan ana və evdar qadın Linda Napolitanonun qəribə hekayəsindən bəhs edən sənədli serial çəkib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, 77 yaşlı Napolitano Netflixi yeni sənədli filmə görə məhkəməyə verir.

1989-cu il noyabrın 30-da evdar qadın və iki uşaq anası olan Napolitano yadplanetlilər tərəfindən qaçırıldığını iddia edib. O, Manhettenin aşağı hissəsindəki 12-ci mərtəbədəki mənzilinin pəncərəsindən Bruklin körpüsünə, oradan da kosmik gəmiyə aparıldığını iddia edir.

O, hekayəsini 2011-ci ildə vəfat edən UFO tədqiqatçısı Budd Hopkinsə danışıb.1996-cı ildə Hopkins “Witness: The True Story of the Bruklyn Bridge” adlı kitabında bu hadisədən bəhs edib.

İddia edilən hadisədən bir neçə il sonra Napolitano bildirib ki, yadplanetlilər qayıdıb ailəsinə hücum edib. Maraqlıdır ki, filmdə 23 nəfər Napolitanonun Manhetten üstündən uçduğunun şahidi olduğunu iddia edir. Napolitano həmçinin yadplanetlilərin onu izləmək üçün burnuna taxılmış metal cihazın rentgen  şəklini də göstərib.

Onun oğlu Conni ailəsinin yad varlıqların hücumuna məruz qalması hekayəsini təsdiqləyib.

“Mən sadəcə onu həyatımdan silməyə çalışıram. Bu, çoxdan baş verib. Qonaq otağında üç "məxluq" gördüm. Anam bu hadisəni uydurmayıb, hər şey dorğudan da baş verib”, - o jurnalistlərə bildirib.

Lakin film üçün danışan Hopkinsin arvadı Kerol Reyni ərinin və qayınanasının hekayələrinin doğruluğuna şübhə ilə yanaşıb, olanları uydurma adlandırıb. 

Napolitano keçmiş gəlinini filmə çəkdiyi və yalançı adlandırıldığı üçün film şirkətini məhkəməyə verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2184
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar