Xalq yazıçısı Elçin daha bir beynəlxalq mükafata layiq görülüb. Lent.az-ın məlumatına görə, Serbiyada fəaliyyət göstərən, beynəlxalq səviyyədə tanınmış, nüfuzlu “Kariç qardaşları Fondu” İdarə Heyətinin qərarı ilə Azərbaycanın xalq yazıçısı Elçin 2014-cü ildə “Ədəbiyyat sahəsində əldə edilmiş yüksək bədii-estetik nailiyyətlərə görə” nominasiyası üzrə “Beynəlxalq Kariç qardaşları” mükafatına layiq görülüb
Mükafat sentyabrın 30-da Serbiyanın paytaxtı Belqrad şəhərindəki Böyük Teatrda keçiriləcək mərasimdə təqdim olunacaq.
Qeyd edək ki, ədibin serb dilində nəşr olunan “Ölüm hökmü”, “Ağ dəvə”, “Mahmud və Məryəm” romanları, eləcə də hekayələri bu ölkənin ədəbi ictimaiyyətinin və geniş oxucu kütləsinin rəğbətini qazanıb.