Xalq artisti Arif Babayev əməliyyatdan sonra özünü yaxşı hiss edir. Bu barədə Lent.az-a muğam ustasının özü danışıb: “Sağ olsun Mehriban xanım Əliyeva, köməklik göstərdi sağaldım. Məni yerimdən qaldırmaq olmazdı, Türkiyədən yaxşı mütəxəssis gətirtdilər, o, da məni elə burda Bakıda əməliyyat etdi. İndi yaxşıyam”.
Qeyd edək ki, Arif Babayev onurğasındakı ağrılardan əziyyət çəkirdi. Keçirdiyi ağır əməliyyatdan sonra hazırda evdədir.