Xalça Muzeyində "Açıq qapı” günü olacaq
17 aprel 2015 14:00 (UTC +04:00)

Xalça Muzeyində "Açıq qapı” günü olacaq

 

Xalça Muzeyi aprelin 18-də “Açıq qapı” günü elan edib. Muzeydən Lent.az-a verilən məlumata görə, həmin gün Xalça Muzeyində rəssam Faiq Əhmədin 3 kompozisiyası nümayiş olunacaq. Muzeyə gələnlər Avropa ölkələrində sərgilənərək xeyli tamaşaçı diqqəti toplayan “Qara”, Sufi təriqətindən məlum olan “Yaranış Şüası”nı təsvir edən “Conus” və Salvador Dalinin “Ərimiş saat”larını xatırladan “ Dəyişiklik” kompozisiyalarını görə biləcək.

 

Qeyd edək ki, Faiq Əhməd ənənəvi xalçaçılıq janrının qaydalarını dağıdır. Bu rəssam üçün ənənə – sadəcə, təkan aldığı bir başlanğıc nöqtəsidir: “Məni maraqlandıran ancaq keçmişdir, çünki keçmişimizin ən sabit konsepsiyası elə keçmişin özüdür. Köhnə xalçaya müasir ilmələr qatanda da biz təkcə keçmişin səsini eşidirik.” Yaradıcılığında bu fikirləri səsləndirən rəssam Faiq Əhməd Jameel Prize mükafatına təqdim olunmuş islam ölkələrinin 10 təmsilçisindən biridir . Onun əsərləri beynəlxalq səyyar sərgiyə də daxil edilib. Birləşmiş Ərəb Əmirlikləri, Fransa, Almaniya İtaliya, Amerika, Rusiya və Hindistanda da rəssamın sərgiləri keçirilib.

 

Qeyd edək ki, muzeyin qapıları aprelin 18-də səhər saat 10-dan axşam saat 9-a qədər ziyarətçilərinin üzünə açıq olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 394
avatar

Oxşar yazılar