Yazıçı Varis Yolçuyevin yeni romanı çap olunub. Lent.az-ın xəbərinə görə, “Yaşıl üzlü gündəlik” Varisin sayca 9-cu kitabıdır.
“Yaşıl üzlü gündəlik” romanı yazıçının modern romançılığa bədii ədəbiyyatla publisistikanın vəhdəti formasında verdiyi növbəti töhfədir. Zirzəmidə səfil həyatı sürən uşaqları aşkarlamaq üçün reyd keçirərkən televiziya əməkdaşları gözlənilmədən uşaqların əşyaları arasında ucqar dağ kəndindən Bakıya oxumağa gəlmiş və 4 ildir ki, itkin düşmüş qızın gündəliyinə rast gəlirlər.
Kəskin süjeti və dramatizmi ilə fərqlənən romanda Azərbaycan teleindustriyasının mövcud durumu, Azərbaycan cəmiyyətini narahat edən ən aktual problemlər də söhbət mövzusudur. Roman geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
“Yaşıl üzlü gündəlik” romanının redaktoru Rasim Mədədir. Kitabın qiyməti isə 5 manatdır.