Uşaqlar üçün yeni tamaşa
28 oktyabr 2019 13:44 (UTC +04:00)

Uşaqlar üçün yeni tamaşa

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında uşaqlar üçün ingilis nağılları əsasında “Şən Elf və cadugər” tamaşası hazırlanır.

Teatrın mətbuat xidmətidən  Lent.az-a bildirilib ki, əsərin quruluşçu rejissoru, rus dilindən tərcümə edən və səhnələşdirəni gənc aktrisa Ayla Osmanovadır.

Tamaşanın quruluşçu rəssamı Nisə Qələmova, musiqi tərtibatçısı Zaur Rəşidov, plastik həlli isə Ceyhun Dadaşova aiddir. Uşaqlara saf hissləri, doğmalığı, dostluğu təbliğ edəcək bu səhnə əsərində teatrın istedadlı aktrisaları Səbinə Məmmədova, Təhminə Məmmədova, Hökümə Rəhimzadə, Nuranə Hüseynova, İlahə Əmirxanova, aktyorlar Nurlan Süleymanlı və İmran Qurbanov rol alıblar.

Səhnə əsərinin rejissoru, bir çox uşaq tamaşalarına quruluş verən Ayla Osmanova “Şən Elf və cadugər”in balacaları sevindirəcəyini söyləyib: “Daha öncələr də qurduğum uşaq tamaşalarında balacaları əyləndirmək, dünyanın gözəl olduğuna inandırmaq niyyətim olub. Onların yerində olmağa, özümü onlarla eyni yaşda hiss etməyə və nə istədiklərini anlamağa çalışmışam. Uşaqlar hər zaman xeyrin qalib gəlməsini istəyirlər. Biz də məhz buna inanmağa və onların da rəngarəng dünyalarını bir az da gözəlləşdirməyə çalışırıq.”

 

Qeyd edək ki, yeni tamaşa dekabr ayında təhvil veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1252
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar