Azərbaycan Dövlət Musiqili Teatrının tamaşaçıları SMS vasitəsilə teatrının repertuarı haqqında məlumat alacaqlar. Teatrdan Lent.az-a verilən məlumata görə, bununla əlaqədar teatrla “BIMTEK” MMC arasında müqavilə imzalayıb. Müqaviləyə əsasən, “BIMTEK” MMC göstərdiyi toplu SMS xidməti vasitəsilə tamaşaçıları mütəmadi olaraq Azərbaycan Dövlət Musiqili Teatrının həftəlik repertuarı haqqında məlumatlandıracaq.
Məqsəd insanları Musiqili Teatra cəlb etmək, onları teatr sənətinin gündəmində olan yeniliklər barədə daim məlumatlandırmaqdır.