İspaniya millisinin futbolçusu Mark Kukurella saçlarını uzatmasının səbəbini açıqlayıb.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, ispan futbolçu autizm diaqnozu qoyulan oğlu Mateonun onu meydanda asanlıqla tanıya bilməsi üçün saçlarını uzatdığını deyib:
Kukurella bildirib ki, oğlunun onu izdiham arasında rahat seçməsi üçün bu görünüşünü qoruyur.
“Əgər bir gün məni unutsa, heç olmasa saçlarımdan məni xatırlasın deyə saçlarımı kəsmirəm. Matçlarda məni asan tapmasına kömək edir. Kaş ki, heç pulum olmasaydı, amma oğlum sağlam olsaydı. Saçlarımı onun xoşuna gəldiyi və məni tanıya bilməsi üçün uzadıram”, – deyə futbolçu bildirib.
Qeyd edək ki, Kukurella 2026-cı il Dünya Çempionatında İspaniya millisi ilə birlikdə çempionluq qazanıb.


