Paylaşım ediblər, amma pul göndərməyiblərmiş – Haluk Levent işində YENİ FIRILDAQ
24 iyul 2026 12:04 (UTC +04:00)

Paylaşım ediblər, amma pul göndərməyiblərmiş – Haluk Levent işində YENİ FIRILDAQ

0

İstanbul Baş Prokurorluğunun müğənni Haluk Leventin rəhbərlik etdiyi “Ahbap” Dərnəyi ilə bağlı apardığı istintaqda yeni detallar üzə çıxıb.

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, indiyədək keçirilən üç əməliyyat nəticəsində 28 şübhəli həbs olunub. Araşdırma çərçivəsində jurnalistlər, aparıcılar, aktyorlar və musiqiçilər də ifadə verməyə çağırılıblar.

İfadəsi alınan Ece Üner, Fatih Portakal, Gökhan Özoğuz və Öykü Serterin zəlzələ dövründə dərnəklə bağlı paylaşımlar etmələrinə baxmayaraq, quruma pul köçürmədikləri müəyyənləşib.

Fatih Portakal “Ahbap”a heç bir ianə vermədiyini, yardımlarını birbaşa ehtiyacı olan şəxslərə çatdırdığını bildirib. O, vaxtilə dərnəyin xeyrinə açıqlamalar verdiyini, lakin hazırkı vəziyyətdə buna görə peşman olduğunu söyləyib. Portakal Haluk Leventlə hər hansı kommersiya əlaqəsinin və pul alış-verişinin olmadığını vurğulayıb.

Ece Üner də dərnəyə ianə etmədiyini açıqlayıb. O, zəlzələ vaxtı yazdığı “AFAD da bizimdir, Ahbap da” paylaşımının məqsədinin təşkilatı reklam etmək deyil, birlik çağırışı etmək olduğunu deyib.

Öykü Serter Haluk Leventi şəxsən tanımadığını və “Ahbap” vasitəsilə yardım göstərmədiyini bildirib. Gökhan Özoğuz isə dərnəyə və ya Haluk Leventə pul köçürmədiyini, yalnız zəlzələdən sonra yardım imkanlarını müzakirə etmək üçün qısa telefon danışığı apardığını qeyd edib.

İstintaq üzrə Özlem Gürses və Ruşen Çakır da ifadə vermək üçün məhkəməyə gəliblər. Digər tanınmış şəxslərin ifadələrinin alınması gözlənilir. Araşdırma davam edir və səsləndirilən iddialar barədə yekun məhkəmə qərarı yoxdur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 340

Oxşar yazılar